ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Misli Premyer Liqasında 2025/2026 mövsümünə start verilib.
"Report"un məlumatına görə, I turun açılış matçında "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
54-cü dəqiqədə “Qəbələ”nin legioneri Domi Massumo fərqlənib. 78-ci dəqiqədə isə Murad Musayev avtoqol müəllifi olub.
Qeyd edək ki, turun digər qarşılaşmaları 16, 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.