AZ

Tramp və Lukaşenko Alyaskada ABŞ-Rusiya sammitini müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bu gün Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitini müzakirə etdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti TrampABŞ mərkəzli Truth sosial media platformasındakı hesabından etdiyi şərhdə Lukaşenko ilə çox yaxşı telefon danışığı olduğunu qeyd etdi .

"Bu zəngdə məqsəd 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1300 məhbusun azad edilməsini də müzakirə edirik. Prezident Putinin Alyaska səfəri də daxil olmaqla, bir çox mövzuları müzakirə etdik", - Tramp açıqlamasında bildirib.

Bildirək ki, ABŞ prezidenti Tramp bu gün Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Belarus prezidenti Lukaşenko məsələ ilə bağlı verdiyi son açıqlamada bildirib ki, sammitdən Rusiya-Ukrayna müharibəsinə son qoyacaq sülh sazişi çıxa bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
turkustan.az

1Mənbələr