AZ

“Barselona”nın oyunçusu “Atletiko”nun

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Atletiko” “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonu hədəfə alıb.İspaniyanın AS nəşrinin məlumatına görə, 21 yaşlı futbolçunun oyunu Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin xoşuna gəlir. Kataloniya klubu Kasadonu 30 milyon avro dəyərində qiymətləndirir. Bununla belə, ispaniyalı oyunçu “Barselona”dan ayrılmaq istəmir və əsas heyətdə yer uğrunda mübarizə aparmaq niyyətindədi.Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatının məlumatına görə, “Barselona” rəhbərliyinin hücumçu Markus Raşfordu qeydiyyatdan keçirmək üçün Kasadonun satışına razılıq verə biləcəyi iddia olunurdu.Mark ötən mövsüm katalonların heyətində 36 oyuna çıxıb, 1 qol və 6 qolun ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
icma.az

10Mənbələr