AZ

Hakimliyə yeni seçim qaydaları təsdiqləndi

Bakı. Trend:

Məlum olduğu kimi, 2024-cü il 7 noyabr tarixdə “Məhkəmələr vəhakimlər haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən hakimliyənamizədlərin seçim prosesinin sayı 4-dən 3-ə endirilmişdir. Edilmişdəyişikliyə əsasən namizədlərin seçimi test imtahanı, yazılıimtahan və müsahibə əsasında aparılacaq.

Məhkəmə-Hüquq Şurasından Trend-ə bildirilib ki, yeni qaydalara əsasən, testtapşırıqlarının 90-ı namizədin müvafiq qanunvericilik sahələri üzrəbiliklərini, 10-u isə məntiqi nəticələr çıxarmaq qabiliyyətinimüəyyən etmək məqsədi daşıyır.

Həmçinin yazılı imtahan mərhələsində hər bir sahə üzrə kazusuncavabı ən çoxu 100 bal ilə qiymətləndirilir. Namizədin həm cinayəthüquqi, həm də mülki hüquqi sahələr üzrə topladığı ballar cəmlənirvə 2-yə bölünərək, yekun bal müəyyən edilir.

Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılıimtahandan keçmiş hesab edilir, bu şərtlə ki, onun hər sahə üzrəayrı-ayrılıqda topladığı ballar 40-dan az olmasın.

Yeni dəyişikliklərə əsasən, namizəd şəxsiyyət vəsiqəsininsürətini Elektron Hökumət İnformasiya Sistemi üzərindən, əməkmüqavilələrinə dair çıxarışı isə (Əmək Məcəlləsinin 7-ci maddəsinin2-1-ci hissəsində müəyyən edilmiş, eləcə də 2014-cü il iyulun 1-dəkəmək müqavilələrinə xitam verilmiş şəxslər istisna olmaqla)Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin“Əmək və məşğulluq” altsistemindən əldə etməklə təqdim edəcək.

“Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”naedilmiş müvafiq dəyişikliklərin tam mətni ilə https://e-qanun.az/framework/60373 keçidi vasitəsilətanış olmaq mümkündür.

Seçilən
44
9
az.trend.az

10Mənbələr