AZ

Moruq dərinin qocalma prosesini ləngidir

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qastroenteroloq Yevgeni Belousov moruqun həm faydalı, həm də bəzi hallarda zərərli ola biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda life.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, 100 qram moruq cəmi 46 kilokalori təşkil edir və tərkibində C, B qrupu, E və PP vitaminləri, dəmir, sink, maqnezium, kalium, flavonoidlər, antosiyaninlər və salisilik turşu var.

Moruq qan şəkərinin tənzimlənməsinə kömək edir, dərinin qocalma prosesini ləngidir, ürək-damar sistemi üçün faydalıdır, damarların elastikliyini artırır və qan laxtalanmasının qarşısını alır.

Həkim bildirib ki, moruqu gündə 200 qramdan çox yemək məsləhət görülmür. Qastrit, mədə xorası və podaqra xəstələri isə moruqdan uzaq durmalıdır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
redaktor.az

3Mənbələr