AZ

"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı

“Şamaxı” növbəti transferini rəsmiləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi futbolçu Antonio Laranı heyətinə qatıb. 26 yaşlı braziliyalı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya), Bilal İsmayılov (son klubu "Cəbrayıl"), Ravil Qafarov ("Sabah"), Abdullahi Şuaybu ("Qəbələ"), Səlim Həşimov ("Zirə"dən icarəyə götürülüb), Sənan Muradlını ("Sumqayıt" akademiyası) heyətinə qatıb.

Seçilən
29
4
unikal.az

10Mənbələr