AZ

ATƏT-in Minsk qrupunun fəaliyyətinə Vaşinqtonda nöqtə qoyuldu

2025-ci ilin avqustun 7-8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işküzar səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımındanböyük əhəmiyyəti vardır.

Bu məsələlərin hər biri haqqında xeyli saydaməqalələr yazmaq və hesabatlar, mühazirələr hazırlamaq olar. Bu yazıda mən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması məsələsinətoxunmaq istərdim.
ATƏT-in Minsk Qrupu Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağa Ermənistanın iddiası səbəbindənAzərbaycanla Ermənistan arasında baş verən münaqişənin sülh yolu ilə həlli məqsədi ilə 1992-ci ildə yaradılmışdı. Lakin mən hələ indiyə qədər dünyada mövcud olan hansısa dövlətlərarası münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə, vasitəçilərin köməyi ilə həll olunduğunun şahidi olmamışam. Elə götürək sonuncu ən böyük problemlərdən biri olan İranın nüvə proqramının dayandırılması ilə bağlı aparılan danışıqları.

2015-ci ildəİranla5+1 formatında (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya)danışıqları müvəffəqiyyətlə başa çatsa da, bu razılaşmanın ömrücəmi bir-iki il çəkdi. Prezident D.Tramp hakimiyyətə gələn ABŞ birtərəfli qaydada sazişi dondurdu və bu yaxınlarda İran həmin proqramı yenidən davam etdirmək istədikdə 12 günlük İsrail-İran müharibəsi baş verdi. Məsələ burasındadır ki, indinin özündə də İranın nüvə proqramının dondurulması məsələsində dünyanın aparıcı dövlətlərinin fikir ayrılığı və fərqli maraqları vardır. Məhz buna görə də həmin saziş qüvvədə qala bilmədi və 12 günlük müharibə baş verdi. İsrail-Fələstin, Ukrayna-Rusiya münaqişələri ilə də eyni fikirləri söyləmək olar.

İndi isə keçək Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə kömək etməli olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə. Məsələ burasındadır ki, yarandığı ilk gündən etibarən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin arasında bir çox məsələlərdə fikir ayrılığı olduğuna görə, Dağlıq Qarabağ məsələsinin həllində onlar ortaq məxrəcə gələ bilmədilər. Bu səbəbdən danışıqlar prosesi 1992-ci ildən 2020-ci ilə qədəruzana-uzana gedirdi.Ola bilər ki, biz sadəlövhcəsinə indiyə qədər elə düşünmüşdük ki, həmsədrlər bir araya gəlib Ermənistanı məcbur edəcəklər ki, işğalçılıq siyasətindən əl çəksin və işğal altında olan torpaqları azad etsin.Minsk Qrupu bunu heç vaxt edə bilməzdi. Ən azından nə Fransa, nə Rusiya, nə də ABŞ Azərbaycana görə Ermənistanla münasibətini korlamaq istəmədiyinə və bu məsələdə hansısa maraq güddüklərinə görə vaxtı uzadırdılar. Biz Minsk Qrupunun indiyəqədərki fəaliyyətinə nəzər saldıqda aydın şəkildə görürük ki, həmin qurum ən azından son 28 ildəAzərbaycanla Ermənistanarasında vasitəçilik edərək yüz dəfələrlə bölgəyə səfər edib, problemin həllinə dair saysız-hesabsız variantları müzakirə edib, tərəfləri ortaq məxrəcə gətirməyə çalışsa da, buna nail ola bilmədi,problemin sülh və danışıqlar yolu ilə həllinə nail ola bilmədi.2020-ci ilin iyulun 12-16 tarixindəTovuzdaErmənistanıntəxribatından sonra da ATƏT-in Minsk Qrupu ağzına su alıb oturdu, tərəflərin bir-birinə nə vaxt hücum edəcəyini gözlədi. Bu qurum Ermənistan rəhbərliyinin açıq şəkildə təcavüzkar və işğalçılıq siyasətini davam etdirdiyininşahidi olsa da, yenə susdu.Bax beləcə 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlandı. Azərbaycan 44 günlük müharibə nəticəsində döyüş meydanında düşməni məğlub edərək tarixi torpaqlarını geri qaytardı.

Minsk Qrupu da yarandığı gündən indiyəqədərki fəaliyyətinə qədərmüsbətuğurlu nəticə əldə edə bilmədi vədiplomatiyatarixindəfaydasız və səmərəsiz danışıqlar aparan qurum kimi yadda qaldı.

Son nəticədə 2025-ci ilin avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtondagedən danışıqlar və imzalanan bəyanna nəticəsindəATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkədən biri olan ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəhər şeyi öz adı ilə çağırılmaqlaATƏT sədrindən ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər kimi fəaliyyətlərinə son verilməsihaqda Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən müraciət qəbul olundu. Bu, Azərbaycan diplomatiyasının qələbəsi idi.

Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri

Seçilən
6
4
sia.az

5Mənbələr