Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsi ilə bağlı danışıqları haqlı olaraq suallar doğurur.
Müharibə Avropada, Ukraynanın ərazisində gedir, lakin Ukrayna və Avropa tərəfi danışıqlarda iştirak etmir. Bu məqamda Ukrayna və Avropa onların iştirakı olmadan vəziyyətlərin müzakirə olunduğu Alyaska ilə bağlı mövqelərini bir daha nəzərdən keçirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfər edib, həmçinin Böyük Britaniyaya gedərək müzakirələr aparıb.
Bu görüşlər Avropanın Ukrayna ilə bağlı mövqeyinə əlavə olaraq necə təsir edəcək?
Avropa Siyasi Araşdırmalar Mərkəzinin eksperti Tinatin Axvledianinin sözlərinə görə, Avropa İttifaqı artıq səbirli olmağa və istənilən siyasi gərginliyi azaltmağa hazır olduğunu nümayiş etdirib:
"Çünki əks halda Atlantik okeanı boyunca tərəflərdən heç kim qalib olmayacaq. Biz bilirik ki, Aİ tərəfdaş ölkələrlə, Böyük Britaniya və digərləri ilə Prezident D.Trampı inandırmaq, Tramp-Putin görüşü ilə bağlı yarana biləcək hər hansı siyasi gərginliyi azaltmaq üçün əlindən gələni edəcək".
Ətraflı Baku TV-nin süjetində:
Avropanın ABŞ ilə gizli razılığı var? - Alyaska görüşü dünya diqqətində
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.