AZ

Bu şəxslər də əsgərliyə aparılmayacaq SİYAHI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin hansı hallarda verildiyi açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

1. başqa övladı olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata, yaxud ana; 

2. 3 və daha çox uşaq;

3. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş arvad;

4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

5. 18 yaşınadək və yaxud orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
6
redaktor.az

10Mənbələr