Alyaskanın Ankoriç şəhərində Elmendorf-Riçardson hərbi bazası ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putini qarşılamaq üçün hazırlıqlı vəziyyətə gətirilib.
AZƏRTAC-ın məlumatına görə, eniş zolağına “Alyaska 2025” tablosu və qırmızı xalı yerləşdirilib. Xalçanın hər iki tərəfində qırıcı təyyarələr düzülüb.
Həmçinin bazanın içərisində hər iki liderin birgə mətbuat konfransı üçün səhnə quraşdırılıb. Səhnənin arxa mavi fonunda "Sülhün doğru" sözləri yazılıb.
Səhnənin iki tərəfində ABŞ və Rusiya bayrağı yerləşdirilib.