AZ

Corcina Ronaldo ilə müqavilə imzalayıb: Boşansalar, görün nə qədər pul alacaq

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo və həyat yoldaşı Corcina Rodrigezin evliliyə hazırlaşması gündəmdən düşmür. Portuqaliyalı forvard 9 ildir birlikdə olduğu argentinalı modellə ailə həyatı qurmaq qərarına gəlib.

Milli.Az xəbər verir ki, Portuqaliyanın TV GUI jurnalı onların bu qərarı ilə bağlı maraqlı məlumat yayıb.

Nəşrin iddiasına görə, tərəflərin boşanma halında qüvvəyə minəcək xüsusi razılaşması var. Müqaviləyə əsasən, ayrılıq baş verərsə, Corcina Rodrigez ömürlük olaraq aylıq 114 min dollar məbləğində ödəniş alacaq.

Bu razılaşma onların ilk övladları - Alana Martininanın doğumundan sonra imzalanıb. Saziş həmçinin modelə Ronaldoya məxsus, Madriddəki eksklüziv La-Finka rayonunda yerləşən və dəyəri 5,64 milyon dollardan çox qiymətləndirilən malikanənin mülkiyyət hüququnu verir.

Müqavilənin məqsədi həm Corcinanın, həm də uşaqlarının maliyyə sabitliyini təmin etməkdir. (Publika.az)

 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
4
news.milli.az

5Mənbələr