Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın zalda görüşü xaotik vəziyyətlə başlayıb.
Axar.az xəbər verir ki, yayılan görüntülərə əsasən, zalda dəhşətli gurultu yaranıb. Reportyorlar qışqıraraq görüşün başlanmasına mane olmağa cəhd göstəriblər.
Vəziyyəti mühafizə xidmətinin əməkdaşı sakitləşdirib və ucadan “Hamı zalı tərk etsin!” deyə tələb edib.
“Foks Nyus”un aparıcısı baş verənləri “mətbuatla bağlı xaotik vəziyyət” kimi təsvir edib.