Tanınmış kouç Nilufər Abdulla plastik əməliyyatdan sonra dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat verilib.
News24.az xəbər verir ki, onun “Etalon” hospitalda aparılan liposaksiya əməliyyatından sonra həyatını itirdiyi qeyd olunub.
"1989-cu il təvəllüdlü Nilufər əməliyyatdan sonra ağırlaşaraq dünən gecə halı pisləşib. Onu xilas etmək mümkün olmayıb".
Məlumatda o da bildirilib ki, mərhumun 3 azyaşlı övladı var.
