AZ

"Bağırov" körpüsündə görülən işlərlə bağlı son vəziyyət AÇIQLANDI

"Bağırov" körpüsünün üzərində görülən işlərin son vəziyyəti acıqlanıb.

 

İş icraçıları Xəzər TV-yə bildiriblər ki, dəmir yolu xətlərinə toxunulmadan ətraf ərazilər təmir edilir. Hazırda yol yatağı üzərində beton konstruksiyalar, bərkitmə işləri görülür.

 

Metronun ''Koroğlu'' stansiyası istiqamətində işlər yekunlaşdıqdan sonra, körpü üzərindən Heydər Əliyev Mərkəzi istiqamətində geridönmədə hərəkət tam məhdudlaşdırılaraq təmir işlərinə başlanacaq.

 

Qeyd edək ki, ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhimdar Cəmiyyəti tərəfindən ayın 12-i səhər saatlarından körpünün üzərindəki geriyə dönmədə təmir işlərinə başlanıb.

 

Ümumilikdə işlərin 10 günə başa çatdırılması planlaşdırılır.

 

Tarix: 16 Avqust 2025, 00:10   
Seçilən
28
5
pravda.az

7Mənbələr