Rusiyada 3 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Moskva şəhərində baş verib.
İlkin məlumata əsasən, 3 yaşlı Amiral Seyidov ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Mərhum azyaşlının atası əslən Cəlilabad rayonundandır və uzun müddətdir Rusiyada yaşayır.
Faktla bağlı araşdırma aparılır.