AZ

Üç yaşlı azərbaycanlı Moskvada binadan yıxılıb öldü

Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.

Belə ki, 3 yaşlı Amiral Seyidov ehtiyatsızlıqdan yaşadıqları çoxmərtəbəli binadan yıxılaraq vəfat edib.

Qeyd edək ki, uşağın ailəsi əslən Cəlilabad rayonundandır. Onlar uzun müddətdir ki, Rusiyada yaşayır.

Seçilən
22
2
konkret.az

4Mənbələr