AZ

Türkiyədə gizli cənnət – Altınoluk

Balıkəsirdə - Qaz dağlarının ətəyində yerləşən və İstanbuldan təxminən 4 saat 27 dəqiqəlik məsafədə yerləşən   Altınoluk qəsəbəsi təbii gözəllikləri ilə seçilir. 

News24.az xəbər verir ki, burada istirahət mərkəzlərinin qiymətləri Bodrum, Fəthiyyə və Çeşmə ilə müqayisədə daha əlverişlidir. Mıhlı şəlaləsində piknik edib soyuq sularda üzmək, Şahindərə kanyonunda gəzinti edərək sərinləmək mümkündür. 

Tarixi sevənlər üçün Antandros şəhəri qədim mozaikaları və daş küçələri ilə maraqlı bir məkan təqdim edir. Qaz dağlarının zirvəsindən isə Altınolukun və ətrafının möhtəşəm mənzərəsini seyr etmək olar.

Seçilən
64
1
news24.az

2Mənbələr