AZ

ABŞ Rusiyanın ticarət tərəfdaşlarına rüsumlar tətbiq etməyə bilər - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, Vaşinqton Rusiyanınticarət tərəfdaşlarına idxal rüsumları tətbiq etməyəcək.

Trend-inməlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" telekanalınamüsahibəsində bildirib.

Hindistanın Rusiyadan neft və neft məhsullarını alması iləəlaqədar ona əlavə 25% rüsum tətbiq edilməsini şərh edən Trampiddia edib ki, Rusiya “neft [alan] müştərisini itirib”. ABŞprezidentinin sözlərinə görə, Çin və “digər ölkələr” də Rusiyadanenerji daşıyıcılarını alırlar.

"Əgər mən ikinci dərəcəli sanksiyalar və ya ikinci dərəcəlirüsumlar deyilənləri tətbiq etsə idim, bu, onlarınnöqteyi-nəzərindən dağıdıcı olardı", - deyə D.Tramp bildirib.

"Əgər bunu etməyə məcbur olsam, edəcəm. Ola bilsin ki, bunuetməyə məcbur olmayacam", - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
26
50
az.trend.az

10Mənbələr