AZ

ABŞ Prezidenti: Ukrayna razılaşması indi Zelenskidən asılıdır

Vaşinqton, 16 avqust, AZƏRTAC

Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunması indi Volodimir Zelenskidən asılıdır.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “Fox News”a müsahibəsində deyib: "Düşünürəm ki, bir sövdələşmə bağlana bilər. İndi onun bağlanıb-bağlanmayacağı Zelenskidən asılıdır".

Tramp əlavə edib ki, Avropa ölkələri razılaşmaların əldə olunmasında az da olsa rol oynamalı olacaqlar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
16
12
azertag.az

7Mənbələr