Rusiya və ABŞ Prezidentləri – Vladimir Putin və Donald Tramp danışıqları yekunlaşdırıblar.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Kremlin yaydığı kadrlardan göründüyü kimi, mətbuat konfransı başa çatdıqdan sonra Rusiya və ABŞ liderləri danışıqları ayaqüstü yekunlaşdırıblar.
Daha sonra Putin sovet pilotlarının məzarları üzərinə gül dəstələri qoymaq üçün Fort Riçardson hərbi qəbiristanlığına üz tutub.
“Putin və Tramp tərcüməçilər vasitəsilə ünsiyyət qurublar, söhbət dostluq şəraitində keçib və möhkəm əlsıxma ilə başa çatıb”, – məlumatda qeyd olunub.