AZ

Hüseynovun komandası pley-offda onlara rəqib oldu

Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" komandası UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Kırcali şəhərini təmsil edən kollektiv III təsnifat mərhələsində Litvadan "Kauno Jalgiris"i mübarizədən kənarlaşdırıb.

Səfərdəki ilk matçda 1:0 hesablı qələbə qazanan "Arda" cavab görüşündə də rəqibinə şans verməyib - 2:0.

Hüseynov start heyətdə meydana çıxıb və oyunu əvəz olunmadan keçirib.

"Arda" pley-off mərhələsində Polşa "Rakuv"u ilə üz-üzə gələcək. İlk oyun avqustun 21-də səfərdə, cavab görüşü avqustun 28-də evdə olacaq.

"Rakuv" Konfrans Liqasının III təsnifat mərhələsində İsrailin "Makkabi Hayfa" komandasını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 2:0.

Seçilən
10
1
sportinfo.az

10Mənbələr