Rusiya lideri poçt vasitəsilə səsverməni ədalətli seçki üçün mümkün saymadığını bildirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putinin ABŞ-dakı prezident seçkiləri barədə söylədiyi fikirləri açıqlayıb.
“Vladimir Putin çox maraqlı bir şey dedi. O bildirdi ki, sizin (Amerikadakı prezident – red.) seçkiləriniz saxtalaşdırılıb, çünki sizdə poçt vasitəsilə səsvermə var. O dedi ki, heç bir ölkədə poçtla səsvermə olmur. Poçtla səsvermə aparmaq və eyni zamanda ədalətli seçki keçirmək mümkün deyil”, – Tramp qeyd edib.
Xatırladaq ki, 15 avqustda Alyaskanın Ankoric şəhərində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında iyun 2021-dən bəri ilk dəfə olaraq üzbəüz görüş keçirilib. Bundan öncə Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Co Baydenlə görüşmüşdü.
Poliqon.info