AZ

Putin mətbuat konfransında Trampı Moskvaya dəvət edib — YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.

Ordu.az-ın xəbərinə görə, Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.

Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət etdiyini də açıqlayıb.

Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.

***

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış edirlər.

Ordu.az xəbər verir ki, prezidentlər sinxron tərcümə vasitəsilə anlaşırlar.

Putin Trampla danışıqların konstruktiv və faydalı keçdiyini bildirib.

O qeyd edib ki, ABŞ-li həmkarı ilə çox yaxşı birbaşa əlaqələri var.

***

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.

Ordu.az xəbər verir ki, görüş 3 saatdan çox davam edib.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.

İki ölkə liderinin mətbuat konfransında çıxış etmələri gözlənilir.

***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

Ordu.az xəbər verir ki, Elmendorf-Riçardson hərbi bazasındakı otaqlardan birində keçirilir.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.

Seçilən
54
2
demokrat.az

10Mənbələr