AZ

Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupunda

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məsləhətçi Qrupunun tərkibinə 12 yeni üzv təyin edib.

Yeni üzvlər arasında Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin direktoru Elməddin Mehdiyev də var.

Xatırladaq ki, 2005-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunan Məsləhətçi Qrup Humanitar Məsələlər üzrə Baş katibin müavini və Fövqəladə Yardım Koordinatoru vasitəsilə Baş katibə CERF-nin istifadəsi və təsiri ilə bağlı siyasət tövsiyələri və məsləhətlər verir.

2006-cı ildən bəri CERF 110-dan çox ölkə və ərazilərdə yardım xarakterli 9,2 milyard ABŞ dollarından çox vəsait ayırıb.

XQ

Seçilən
12
4
xalqqazeti.az

10Mənbələr