AZ

Tramp: Hazırda Rusiya enerjisi alan ölkələrə rüsum tətbiq edilməyəcək...

ABŞ prezidenti Alyaskadakı görüşün “çox yaxşı” keçdiyini bildirib, lakin gələcəkdə tarif məsələsinə qayıda biləcəyini istisna etməyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hazırda Rusiya enerji daşıyıcılarını alan ölkələrə qarşı gömrük rüsumları tətbiq etməyəcəyini açıqlayıb. O, bu qərarı Alyaskada Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşün “çox yaxşı” keçməsi ilə əlaqələndirib.

Bununla belə, Tramp “iki-üç həftə və ya ona yaxın bir müddətdən sonra” tarif məsələsinə qayıda biləcəyini də istisna etməyib.

Xatırladaq ki, avqustun 15-də ABŞ-ın Ankoric şəhərində Tramp və Putin arasında təxminən üç saat davam edən görüş keçirilib. Danışıqlarda əsas mövzu Ukrayna müharibəsinin həlli və Rusiya ilə ABŞ arasında əməkdaşlığın bərpası olub.

Poliqon.info

Seçilən
19
50
poliqon.info

10Mənbələr