AZ

Putin mətbuat konfransında Trampı Moskvaya dəvət edib

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.

Far.Az "Report"a istinadən xəbər verir ki, Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.

Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.

Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.

***03:20

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, Elmendorf-Riçardson hərbi bazasındakı otaqlardan birinə keçirilir.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.

Qeyd edək ki, Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıb.

***23:36

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə, demək olar ki, eyni vaxtda təyyarələrindən eniblər.

Far.Az "Report"a istinadən xəbər verir ki, liderlər əl sıxışaraq bir-birlərini salamlayıblar.

Qısa söhbət və şəkil çəkdirdikdən sonra onlar eyni avtomobildə görüşün keçiriləcəyi məkana yollanıblar.

Seçilən
42
2
far.az

10Mənbələr