AZ

Avropa KİV-ləri Ankoric sammiti barədə: Putinin triumfu...

Analitiklər hesab edir ki, görüş ABŞ üçün deyil, daha çox Rusiya üçün uğurlu olub...

Poliqon xəbər verir ki, Avropa KİV-ləri Alyaskada ABŞ prezidenti Donald TrampRusiya prezidenti Vladimir Putin arasında keçirilən sammiti təhlil edərək, əldə olunan razılaşmaların detalları açıqlanmadığına diqqət çəkiblər. Analitiklər görüşün daha çox Rusiya tərəfi üçün uğurlu nəticələndiyini vurğulayıblar.

Britaniyanın nüfuzlu jurnalı The Economist yazır ki, sammit Rusiya lideri üçün “triumf xarakteri” daşıyıb. Digər Avropa mediası isə qeyd edib ki, sammit “təmtəraqlı şəkildə başladı, lakin məyusluqla başa çatdı”.

Xatırladaq ki, avqustun 15-də ABŞ-ın Ankoric şəhərində keçirilən görüş üç saata yaxın davam edib. Əsas müzakirə mövzusu Ukrayna müharibəsi və Moskva ilə Vaşinqton arasında əməkdaşlığın mümkün bərpası olub. Lakin tərəflər atəşkəs barədə razılıq əldə edə bilməyiblər.

Poliqon.info

Seçilən
34
50
poliqon.info

10Mənbələr