BAKI, 17 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sabah ABŞ-yə səfər edəcək Volodimir Zelenski ilə təkbətək görüşəcək.
Teleqraf xəbər verir, bu barədə Almaniyanın “Bild” qəzeti mənbələrə istinadən yazır.
Yalnız Ukrayna və Amerika Prezidentləri arasında şəxsi danışıqlardan sonra Aİ və NATO nümayəndələri onlara qoşulacaq. Geniş formatda birgə işçi şam yeməyi planlaşdırılır.