AZ

Müharibəyə son qoyacaq güzəşt: Tramp Zelenskidən görün nə İSTƏYİB

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putin ilə görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenskidən yalnız bir şey istəyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post”a adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi məlumat verib. Hesabatda Trampın əvvəl irəli sürdüyü atəşkəs şərtindən imtina edərək birbaşa sülh razılaşmasına üstünlük verdiyi bildirilib.

Trampın Zelenski ilə danışığında Rusiyanın nəzarətində olan ərazilərlə yanaşı bütün Donbasın Rusiyaya verilməsi məsələsini müzakirə etdiyi və bunun müqabilində müharibəni bitirməyə hazır olduğunu ifadə etdiyi iddia edilir.

Telefon danışığında Zelenski vurğulayıb ki, Ukrayna üçün vacib olan bütün məsələlər yalnız Ukraynanın iştirakı ilə həll edilməlidir və heç bir regional məsələ Ukraynasız qərara alınmamalıdır.

Qeyd edək ki, avqustun 15-də Alyaskadakı görüşdən sonra Tramp həmçinin Avropa liderləri ilə də telefon danışığı aparıb. Zelenski bu görüşləri teleqram hesabında paylaşaraq daimi və həqiqi sülh əldə edilməlidir deyib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
50
globalinfo.az

10Mənbələr