Sabah Ağ Evdə keçiriləcək görüşdə Avropa liderləri, o cümlədən Volodimir Zelenski ABŞ prezidentindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ətraflı məlumat alacaqlar.
APA xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
O qeyd edib ki, Rusiya sülh təklif edir ki, bu da əslində Ukraynanın kapitulyasiyasıdır.
Putinin sülh istəmədiyini deyən Makron uzunmüddətli sülhün bağlanması üçün Ukraynaya güclü ordu lazım olduğunu vurğulayıb.
Rusiyanın güzəştlə bağlı israrlı olduğu ərazilər barədə danışan Fransa prezidenti onu da vurğulayıb ki, danışıqlar zamanı ərazi məsələsini müzakirə etmək hüququ yalnız Ukrayna hökumətinə məxsusdur.
“Sabah Vaşinqtonda keçiriləcək danışıqlardan əvvəl vəziyyət təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün son dərəcə ciddidir”, - Makron əlavə edib.