AZ

Paşinyan həmin paylaşıma görə üzr istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan qalmaqallı sosial şəbəkə paylaşımına görə üzr istəyib.

Modern.az-ın məlumatına görə, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

O, mayın 30-da sosial şəbəkə hesabında pyalşım edərək kəskin ifadələrlə arxiyepiskop Baqrat Qalstanyanı tənqid edib. Paşinyan paylaşımında "Müqəddəs ata, get və dayının arvadı ilə məşğul ol" kimi ifadə işlədib.

Avqustun 14-də Korrupsiyanın Qarşısının Alınması Komissiyası bu açıqlamanı dövlət qulluqçusu davranış qaydalarının pozulması kimi qiymətləndirib. Paşinyan qurumun bəzi qərarları ilə razı olmadığını bildirsə də, üzr istəyib.

 

Seçilən
14
13
modern.az

10Mənbələr