AZ

Misli Premyer Liqasında yeni mövsümün ilk qolunu vurdu - Oyundan sonra bu sözləri dedi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk qolunun müəllifi olan “Qəbələ”nin yarımmüdafiəçisi Domi Massumonun QOL.az saytına müsahibəsi

- Mövsümün açılış oyununda “Karvan”la görüşdə 1 xalla kifayətləndiniz. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Bizim üçün çətin oyun keçdi. Meydanda yaxşı çalışdıq. Lakin hiss olunurdu ki, Premyer Liqanın səviyyəsi başqadır. 

- İkinci hissədə hesabda önə keçsəniz də, qələbəni əldən verdiniz. Buna səbəb nə oldu?

- Həqiqətən də mövsümə 3 xalla başlamağa çox yaxın idik. Təəssüf ki, yekunda cəmi 1 xalla kifayətləndik. Əslində, ikinci qolu vursaydıq, işimiz daha rahat olardı. Təəssüf ki, həm ilk, həm də ikinci hissədə bir neçə real şansları dəyərləndirə bilmədik.  

- Mövsümün ilk qolunun müəllifi oldunuz...

- Əlbəttə, bu, çox xoşdur. Lakin komandamız qələbə qazansaydı, daha da sevinərdim. 

- Fərqləndiyinizi nəzərə alsaq, yəqin ki, Premyer Liqada debütunuzu uğurlu hesab edirsiniz? 

- Açığı, özüm öz oyunumu qiymətləndirmək istəməzdim. Yalnız onu deyə bilərəm ki, indikindən daha artığını edə bilərəm. Bunun üçün də çalışıram. Oyundan oyuna daha yaxşı performans sərgiləməyə çalışacağam.

- “Qəbələ” Premyer Liqaya nə dərəcədə hazırdır?

- Ümumi götürəndə komandamızın səviyyəsi pis deyil. Sadəcə bəzi oyunçularımız komandaya bir qədər gec qoşulublar. Hazırlığımız yüksək səviyyədə keçib. Növbəti oyunlarda daha uğurlu olmağa çalışacağıq.

- Komandanızın cari mövsümdəki hədəfi nədir?

- Mümkün olduğu qədər uğurlu çıxış etməyə çalışacağıq. Heyətimizə, komandamıza inanıram. Çox çalışmaqla uğurlu nəticələr qazana bilərik.

Seçilən
52
44
teleqraf.com

10Mənbələr