Misli Premyer Liqasında 1-ci turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında debütant "İmişli" "Turan Tovuz"u qəbul edəcək. Görüş Şamaxıda baş tutacaq.
"İmişli" mövsümə portuqaliyalı mütəxəssis Xorxe Kaskilyanın rəhbərliyi altında başlayır. Onlar bu yay heyətini 12 futbolçu ilə gücləndirib.
"Turan Tovuz" isə Kurban Berdıyevin başçılığında 2-ci ilinə başlayır. Ötən mövsümü 4-cü yerdə başa vuran qərb təmsilçisi bu il daha uğurlu olmağa çalışacaq.
Misli Premyer Liqası, 1-ci tur
16 avqust (şənbə)
17:00. “İmişli” - “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu