AZ

“Neftçi” və “Turan Tovuz” yeni mövsümdə ilk oyunlarını bu gün keçirəcəklər

Misli Premyer Liqasının I turunda bu gün daha iki oyun keçiriləcək.

Bakues.az xəbər verir ki, ilk olaraq “Turan Tovuz” “İmişli”nin qonağı olacaq.

Qarşılaşma saat 17:00-da start götürəcək. Günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası, I tur

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.

VAR: Tural Qurbanov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: İnqilab Məmmədov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

“Neftçi Arena”

Qeyd edək ki, ötən gün “Karvan-Yevlax” və “Qəbələ” komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib – 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Seçilən
16
50
icma.az

10Mənbələr