AZ

Böyük dəhliz reallaşır: Rusiya bu ölkəni özünə tərəf çəkmək istəyir

Zəngəzur dəhlizi Üçtərəfli Bəyannamənin fokuslandığı əsas məqamdır. Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında ilkin sülh sazişi qonşu İranda, Rusiyada həyəcan təbili çaldı.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannaməni imzalayıblar.

Eyni tarixdə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni də paraflandı.

Bəyannamə ilə hər iki tərəf hərbi əməliyyatları dayandırmağa, bir-birinin ərazi suverenliyini rəsmi olaraq tanımağa, həmçinin diplomatik və iqtisadi əlaqələri açmağı hədəfləyir.

Bəyannamənin fokuslandığı əsas məqam

Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirmək üçün Zəngəzur dəhlizinin (Tramp yolu) yaradılmasının elan edilməsi üçtərəfli Bəyannamənin fokuslandığı əsas məqamdır.

Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında ilkin sülh sazişi qonşu İranda, Rusiyada həyəcan təbili çaldı. Çünki o, Ermənistan-İran sərhədi boyunca ABŞ-nin nəzarəti altında olan tranzit dəhlizini əhatə edir.

İran ənənəni pozmadı, amma…

Yaxın Şərqdə düşdüyü geosiyasi boşluqlar, üzləşdiyi strateji itkilər səbəbilə İranın maraqları assimetrik olaraq Cənubi Qafqazda da ipdən asılı qalıb. Bununla belə, İran Azərbaycanın Zəngəzur dəhlizi layihəsi və onun ABŞ tərəfindən dəstəklənməsinə dair təhdidedici xəbərdarlıqlar verir. Rusiyanın da buna qarşı çıxacağına ümid bəsləyir. İranın xəbərdarlıqlarına dair bir neçə məlumat:

Avqustun 9-da İran Xarici İşlər Nazirliyi razılaşmanı alqışladı, lakin ABŞ-nin Ermənistanla sərhəddə mövcudluğuna qarşı xəbərdarlıq etdi. Nazirlik bəyanatında Tehranın regiondakı hadisələri izlədiyini və həm Bakı, həm də İrəvanla əlaqə saxladığını bildirib, əlavə edib: “Şübhəsiz ki, Qafqaz regionunda sülh və sabitlik bütün region ölkələrinin maraqlarına xidmət edir”. İran XİN həmçinin regional təhlükəsizlik və sabitliyə xələl gətirə biləcəyini düşündüyü “Tramp yolu”na istinad edərək, “xüsusən də ortaq sərhədlər yaxınlığında hər hansı formada xarici müdaxilənin mənfi nəticələrinə” qarşı xəbərdarlıq edib.

İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə xarici siyasət məsələlərində tövsiyələr verən Xarici Əlaqələr üzrə Strateji Şurada işləyən Əli Baqeri-Kani təkid etdi ki, Tehran tranzit marşrutunu asanlıqla gözardı etməyəcək. O, həmçinin Zəngəzur dəhlizinin dövlətlərə, o cümlədən Rusiyaya “birbaşa və dolayı təsirləri” olacağını xəbərdar etdi.

Xamneinin xarici siyasət üzrə yüksək səviyyəli müşaviri Əli Əkbər Vilayəti ABŞ-nin İran-Ermənistan sərhədində hər hansı mövcudluğuna qarşı daha sərt xəbərdarlıqla çıxış etdi. O, Tehranın “Rusiya ilə və ya Rusiyasız” regionu qorumaq qərarına gələcəyini bildirib.

Pezeşkianın bəyanatı daha yumşaqdır

İran Prezidenti Məsud Pezeskian avqustun 11-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı xəbərdarlıq edib. Hərçənd ki, Pezeşkianın bəyanatı daha yumşaq mesajdır və bu, İranda mötədil düşərgə ilə ultramühafizəkar qruplar arasında Azərbaycana yanaşmada ifadə olunan fikir ayrılıqlarına dəlalət edir. Pezeşkian avqustun 18-də Ermənistana səfəri zamanı İranın klassik mövqeyi ilə onun xarici siyasətdə praqmatik xətti müdafiə edən konsepsiyasının hibridi barədə müzakirələr aparacağı gözləniləndir.

Ancaq İran radikal ideoloji və strateji maraqlarını ön səflərə çəkmək istəyir və bunun liberal seqmentin ideyalarının üzərində tutmağa çalışır.

Seçilən
58
50
publika.az

10Mənbələr