AZ

Razılıq əldə olunmayan Tramp Putin görüşü

ain.az, 525.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında Alyaska ştatındakı Elmendorf-Riçardson hərbi bazasında keçirilən və təxminən 3 saat davam edən görüş gecə saatlarında başa çatdı.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş Trampın limuzinində iki liderin qısa şəxsi söhbəti ilə başladı, sonra isə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdi.

Yekun mətbuat konfransında hər iki lider görüşü müsbət və səmərəli qiymətləndirdilər. Onlar, hətta yeni danışıqlar raundunun keçirilməsi ehtimalını da qeyd etdilər.

Görüş necə başladı?

Putin və Tramp görüşün keçiriləcəyi bazaya eyni vaxtda gəldilər. Qırmızı xalça üzərində bir-birlərinə doğru addımlayan prezidentlər əl sıxışdılar və birlikdə şəkil çəkdirdilər. Putin öz avtomobilindən (Aurus) imtina edərək, Trampın təklifini qəbul etdi və onun limuzinində görüş yerinə getdi. Orada liderlər təxminən 10 dəqiqə təkbətək söhbət etdilər. Daha sonra danışıqlar “üçə-üç” formatında davam etdi. Görüşə Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və dövlət katibi Marko Rubio da qatıldılar.

Danışıqlar necə keçdi?

Danışıqlar ümumilikdə 2 saat 45 dəqiqə davam etdi – bu, onların indiyə qədərki ən uzun görüşü idi. Görüşdən sonra hər iki prezident qısa bəyanatlarla çıxış etdi, lakin jurnalist suallarını cavablandırmadılar.

Putin nə dedi?

Rusiya prezidenti Vladimir Putin görüşü “faydalı və dolğun” adlandırdı. O bildirdi ki, Rusiya və ABŞ Bering boğazı ilə ayrılan iki qonşudur və birbaşa əlaqələr saxlamalıdırlar.

“Rusiya Ukraynadakı münaqişənin uzunmüddətli və davamlı həllində maraqlıdır”, - deyə Putin vurğuladı. O, Trampa böhranın həllinə yardım etdiyi üçün təşəkkür etdi, bildirdi ki, əsas məsələ münaqişənin kök səbəblərini aradan qaldırmaqdır.

Putin konkret addımlar barədə danışmadı, lakin ümid etdiyini bildirdi ki, ABŞ prezidenti ilə şəxsi təmaslar bu məsələdə irəliləyişə səbəb olacaq. O dedi ki, əgər Tramp 2020-ci ildə prezident postunda qalsaydı, Ukrayna müharibəsi baş verməyə bilərdi.

Tramp nə dedi?

ABŞ prezidenti Donald Tramp da görüşü “çox məhsuldar” adlandırdı. O bildirdi ki, bəzi məsələlərdə razılıq əldə olunub, lakin ən vacib məsələ üzrə hələ razılaşma yoxdur.

“Tam anlaşma əldə edə bilmədik. Hələlik razılaşma yoxdur”, - deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin Ukraynada sülh şanslarını real saydığını və prosesin davam etdirilməsini istədiyini qeyd etdi. O, Moskvaya səfər edə biləcəyini və yaxın vaxtlarda Zelenski və Avropa liderləri ilə danışacağını bildirdi.

Ekspertlər nə deyir?

Siyasi analitik Pavel Dubravskiyin fikrincə, Putin görüşdə öz məqsədlərinə nail oldu. “Rusiya öz mövqeyini, prioritetlərini və prinsiplərini aydın şəkildə ortaya qoydu və bu mövqedən geri çəkilməyə hazır deyil”, - deyə o bildirib. Bu prinsiplərə Rusiya nəzarətində olan ərazilərin beynəlxalq səviyyədə tanınması da daxildir. Ekspert qeyd edib ki, Tramp görüşdən məyus ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
50
525.az

10Mənbələr