AZ

“Alyaska görüşü birmənalı şəkildə Tramp üçün fiaskodur “ EKSPERT

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“ Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi. Bundan sonra Ukrayna və Rusiya arasında ikitərəfli müzakirələr başlamalıydı. Lakin görüşdən sonra verilən açıqlamada atəşkəs sözündən ümumiyyətlə, istifadə olunmadı. Tramp da Alyaskaya gedərkən FOX TV-yə müsahibəsində atəşkəsdən danışsa da, dönərkən eyni TV-yə açıqlamasında bu kəlməni “unutdu” ”.

Gununsesi.info bildirir ki, siyasi şərhçi Şahin Cəfərli Tramp-Putin görüşünü şərh edərkən deyib:

“Bununla bərabər, belə görünür ki, Trampla Putin hansısa məqamlar üzrə şifahi razılığa gəlib, yaxud fikir birliyinə varıb və bunlar təbii ki, Ukraynanın xeyrinə deyil.

Ümumiyyətlə, hər dəfə Trampın Putinlə istər üz-üzə, istər telefonla, istərsə də diplomatiyadan bixəbər əmlakçı dostu Uitkoff vasitəsilə olan təmaslarında diktator bu adama öz mövqeyini, yanaşmalarını qəbul etdirməyə nail olur, lakin sonra ABŞ dövlət qurumları və avropalı müttəfiqlər birtəhər Trampı ABŞ-ın və ümumən Qərbin maraqları baxımından düz yola qaytara bilirlər. Bu dəfə də eyni halın təkrarlanması mümkündür, hər halda, ortada imzalanmış hansısa sənəd yoxdur.

Ümumən ABŞ-yə səfər etməsi, orada öz sərsəm fikirlərini bir daha dünyaya elan etmək fürsəti qazanması və zərrə qədər də güzəşt etmədən geri dönməsi Putin üçün ciddi uğurdur. Bu fürsəti ona ABŞ-ı idarə edən diletantlar və alverçilər yaratdı”.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
6
icma.az

7Mənbələr