Azərbaycanın kişilərdən ibarət voleybol yığması bu gün Avstriya ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Avropa çempionatının seçmə mərhələsinin oyunudur.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 18:00-da start götürəcək.
Qeyd edək ki, milli komandamız daha əvvəl iki oyunda Belçikaya və bir matçda isə Avstriyaya 0:3 hesabı ilə uduzub.