AZ

Putinin açıqlaması çox maraqlı idi – Tramp buna işarə etdi

  Rusiya Prezidenti Vladimir Putin 2020-ci il ABŞ prezident seçkilərinin saxtalaşdırıldığını bildirib.

Referans xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

Tramp Putinin seçkilərlə bağlı maraqlı açıqlama verdiyini diqqətə çatdırıb: “Putin dedi ki, sizdə poçtla səsvermə hüququ olduğuna görə seçkilər saxtalaşdırılıb və heç bir ölkədə belə səsvermə üsulu mövcud deyil”.
 
Tramp əlavə edib ki, Rusiya lideri eyni zamanda poçtla səsvermənin keçirildiyi şəraitdə ədalətli seçkilərin mümkün olmadığını vurğulayıb.
“Bu, çox maraqlı idi”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, Donald Tramp dəfələrlə bəyan edib ki, əgər 2020-ci ildə Co Baydenin yerinə ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişənin qarşısını almaq mümkün olardı. Vladimir Putin də bu fikirlə razılaşaraq bildirmişdi ki, əgər Trampın seçki qələbəsi “oğurlanmasaydı” Ukraynada indiki böhran yaşanmazdı./Globalinfo.az   

Seçilən
5
1
referans.az

2Mənbələr