AZ

Putinlə görüş bitdi, Tramp Zelenskiyə üz tutdu Kritik gəlişmə

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirilən sammitdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və NATO liderləri ilə apardığı telefon danışığının detalları məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, Tramp söhbət zamanı “sürətli bir sülh sazişinin atəşkəs rejimindən daha yaxşı olduğunu” bildirib.

Qeyd olunub ki, Trampın Zelenski və NATO liderləri ilə danışığı asan keçməyib.

Xatırladaq ki, 15 avqustda Donald Tramp və Vlsdimir Putin son yeddi ildə ilk dəfə olaraq tamformatlı görüş keçiriblər. Sammit Alyaskanın Ankoric şəhəri yaxınlığında yerləşən Elmendorf-Richardson hərbi bazasında baş tutub.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
50
globalinfo.az

10Mənbələr