AZ

Üç hədəf göstərildi, siyahıda İran da var: Yeni hücum anonsu

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivin yenidən İrana hücum etməyə hazır olduğunu açıqlayıb. 

Zamir bildirib ki, İsrail ordusu İrana, Livandakı "Hizbullah" qüvvələrinə, Yəməndə isə İranın dəstəklədiyi husilərə zərbələr endirib və lazım gəldikdə yenidən hücuma hazırdır.

Təl-Əvivin son vaxtlar Tehranı tez-tez hədələməsinin məqsədi nədir? Yeni hücumlar hansı halda mümkün ola bilər?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyndeyib ki, İran və İsrail arasında müharibə ehtimalı hər zaman var:

"Bu iki ölkə beynəlxalq hüquq çərçivəsində bir-birinin müstəqilliyini tanımır, gərginliyin səngiməsi halında belə, sülh üçün addım atmırlar. Eyni zamanda münaqişənin həlli üçün yaradılan platformaları da qəbul etmirlər. Belə bir vəziyyətdə sülhdən danışmaqdansa, yeni müharibənin nə vaxt başlayacağına dair müzakirələr gedir və bu təbiidir.

WhatsApp
Vaqif Hüseyn

İsrailin niyyəti daha çox İranı yormaq və ona ciddi zərbə vurmaqdır. Əsas hədəfi isə nüvə, hərbi və mülki obyektlərdir. Son müharibədə bunu çox aydın şəkildə gördük. Hətta İsrail İranın çox mühüm generallarını və nüvə alimlərini peşəkar əməliyyatlarla sıradan çıxardı.

Müharibənin indi hansı fazaya keçəcəyini müzakirə edərkən nikbin proqnoz vermək çətindir. Lakin hər iki dövlət regionda bir-birinin təbii düşmənləridir, xüsusi səbəb olmasa belə, müharibə başlaya bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
3
olaylar.az

4Mənbələr