AZ

Ləğv olunan naharın menyusu açıqlandı


Məlum olduğu kimi, Amerika və Rusiya nümayəndə heyətləri arasında Ankoricdə (Alyaska) danışıqlardan sonra baş tutmalı olan birgə nahar ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, RT portalı məlumat yayıb.
Məlumata görə, görüşdən sonra dərhal ABŞ Prezidenti Donald Tramp Vaşinqtona, Rusiya Prezidenti Vladimir Putin Moskvaya qayıdıb.
Digər tərəfdən, “Life” portalı Rusiya və ABŞ nümayəndə heyətlərini gözləyən diplomatik naharın menyusunu açıqlayıb.  
Başlanğıclara sirkəli sous ilə yaşıl salat və limon-rozmarin yağı ilə turş xəmirli çörək nəzərdə tutulub.
Əsas yeməklərə bibər sousunda file-minyon və ya çay kambalası daxil olub.
Qarnir kimi kərə yağı ilə qovrulmuş qulançar və kartof püresi nəzərdə tutulub.
Desert menyusuna dondurma ilə klassik krem-brule daxil olub.
Seçilən
29
yeniavaz.com

1Mənbələr