AZ

Trampın kriptovalyutası bahalaşdı – Alyaska sammitindən sonra


ABŞ Prezidenti Donald Trampın “$TRUMP” memkoininin qiyməti Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşü fonunda 3%-dən çox bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Platformanın məlumatına görə, Bakı vaxtı ilə saat 01:10-da bu kriptovalyutanın qiyməti 2,26% artaraq, 9,19 dollar olub. Bakı vaxtı ilə saat 01:50-də isə “TRUMP” memkoininin qiyməti 3,48% artaraq, 9,21 dollara çatıb.
Son 24 saat ərzində memkoinin maksimum qiyməti isə 9,29 dollar olub.
Qeyd edək ki, yanvarın 18-də Tramp öz kriptovalyutası olan ”$TRUMP”ın satışa çıxarıldığını elan edib. Bir gündə memekoinin ticarət həcmi 11 milyard dolları keçib. Daha sonra Trampın həyat yoldaşı Melaniya özünün “$MELANIA” memkoninin buraxıldığını elan edib.
Seçilən
38
2
yeniavaz.com

3Mənbələr