"Barselona"nın futbolçusu Hektor Fort karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Matteo Moretto yayıb.
Məlumata görə, 19 yaşlı müdafiəçinin xidmətində "Aston Villa" maraqlıdır. Mənbə Birmingem təmsilçisinin yaxın günlərdə Kataloniya klubuna rəsmi təklif göndərməyə hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, Fort "Barselona"nın yetirməsidir. O, 2024/2025 mövsümündə əsas komandada 21 matçda meydana çıxıb. Sözügedən oyunçunun İspaniya nəhəngi ilə müqaviləsinon müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Nihat