AZ

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
211
20
yeniazerbaycan.com

10Mənbələr