AZ

Türkiyədən İrana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Babayeva

Türkiyə 2025-cü ilin iyul ayında İrana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 45 milyon 225 min 10 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İrana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq, 271 milyon 423 min 38 dollara bərabər olub.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 31 milyard 566 milyon 448 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
51
18
turkic.world

10Mənbələr