AZ

Əlcəzairdə avtobus körpüdən aşıb, 18 nəfər ölüb

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb...

APA xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.

Poliqon.info

 

Seçilən
20
12
poliqon.info

10Mənbələr