AZ

“HTC”in ağıllı eynəyi təqdim edilib

“HTC” şirkəti gündəlik istifadə üçün nəzərdə tutulmuş ağıllı eynəyi – “VIVE Eagle” modelini təqdim edib. “VIVE Eagle” 49 qramdan az çəkiyə malikdir. O, “Zeiss UV400” gün eynəyi linzaları, tənzimlənən burun dayaqları və erqonomik qulaqcıq ucları olan minimalist çərçivə ilə təchiz olunub. Açıq tipli audio sistemi böyük səsgücləndiricilər və virtual bas texnologiyası sayəsində ətraf səsi tam bloklamadan səsləndirmə effekti yaradır. Cihazın əsas kamerası 12 MP-dir və geniş bucaqlı obyektivə malikdir.

Sürətli idarəetmə düyməsi “VIVE Eagle AI” köməkçisini aktivləşdirir, o isə “Google Gemini” və “OpenAI GPT” modelləri ilə işləyə bilir. Eynək, həmçinin, real vaxtda bir neçə dilə tərcüməni dəstəkləyir. 235 mAh tutumlu batareya gözləmə rejimində 36 saata qədər, fasiləsiz musiqi dinləmədə isə təxminən 4,5 saat işləmə imkanı verir. Sürətli maqnit şarjı cəmi 10 dəqiqədə enerjinin 50 faizini bərpa etməyə imkan yaradır.

“HTC” məxfilik məsələsinə xüsusi diqqət yetirir. Bütün istifadəçi məlumatları lokal olaraq saxlanılır, “AES-256 şifrələməsi” ilə qorunur, həmçinin daxili LED göstəricisi video yazma prosesini bildirir. Yazı prosesi eynəyi çıxardıqda və ya LED göstəricisini blokladıqda avtomatik olaraq dayandırılır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr