AZ

Barıt zavodunda ölənlərin sayı 11-ə çatdı

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb.

 

 

 

Gundem.az APA-ya istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.

 

 

 

Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. 130 zərərçəkənə tibbi yardım göstərilib, onlardan 29-u xəstəxanaya yerləşdirilib.

 

 

 

Əməliyyat qərargahı 13 xəstənin hazırda Ryazanda xəstəxanalarda olduğunu, 16 nəfərin isə Moskvadakı federal tibb mərkəzlərinə köçürüldüyünü bildirib.

 

 

 

Xilasedicilər fövqəladə vəziyyətin nəticələrini aradan qaldırmağa davam edir.

 

 

 

“Fövqəladə vəziyyət elan edilib, hadisə yerinə giriş qadağan edilib”, - operativ qərargahdan bildirilib.

Seçilən
42
5
gundem.az

6Mənbələr