AZ

Pezeşkian Ermənistana rəsmi səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.

"Prezident Pezeşkianın Ermənistana səfəri iki gün davam edəcək", - o bildirib.

İran Prezidenti İrəvandan sonra Belarusa yollanacaq.

Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.

Seçilən
62
7
manset.az

10Mənbələr